AZ

Dünya güclərini təəccübləndirən məqam İranın planı ortaya çıxdı

ain.az, GlobalInfo saytına istinadən bildirir.

“Dünya güclərinin əvvəlcə düşündüyünün əksinə olaraq, indi İran Hörmüz boğazı üzərində ağıllı müşahidə sistemi və tam nəzarət qurub”.

Globalinfo.az xəbər verir ki, bunu iranlı jurnalist Mehdi Abdullahi deyib. 

O bildirib ki, Tehranın bu istiqamətdə imkan və ya iradəsinin olmadığı barədə təsəvvür var idi.

Jurnalistin sözlərinə görə, ABŞ və İsrailin Hörmüz boğazını İranın nəzarətindən çıxarmaq üçün göstərdiyi bütün cəhdlər uğursuzluqla nəticələnib.

“Bu strategiyalara “neft tankerlərinin hərbi müşayiəti” planı və Avropa dövlətlərinə müraciət də daxil idi. Hazırda İran bu boğazda gəmi hərəkətini bütün hərbi gücündən istifadə etmədən idarə edir.

Çin və Hindistan neft tankerləri də daxil olmaqla gəmilərin keçidi faktiki olaraq İranın səssiz razılığı və nəzarəti ilə baş verir”, – deyə Abdullahi vurğulayıb.

Safura Bənnayeva

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
globalinfo.az

1Mənbələr