Bəhreyndə İrana casusluq etməkdə şübhəli bilinən 5 nəfər həbs edilib.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, saxlanılan şəxslər məxfi və strateji məlumatları toplamaqda, həmçinin onları İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) ötürməkdə ittiham olunurlar.
Nazirliyin rəsmi bəyanatında qeyd olunur ki, həbs edilən şəxslərin yaşları 25-39 arasındadır. Onlardan birinin İranın hərbi düşərgələrində intensiv hazırlıq keçdiyi iddia edilir: