AZ

Moskvada iki tramvay toqquşdu: 22 nəfər yaralanıb

Rusiyanın paytaxtı Moskvada iki tramvayın toqquşması nəticəsində 22 nəfər xəsarət alıb. Yaralananlar arasında beş uşaq da var.

BAKU.WS xəbər verir ki, bu barədə TASS-a istinadən paytaxtın Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, xəsarət alanlardan 11-nin vəziyyəti ağır qiymətləndirilir.

İlkin məlumata görə, qəza texniki nasazlıq səbəbindən baş verib. Belə ki, tramvaylardan birinin relsdən çıxması toqquşmaya səbəb olub. Hadisə zamanı hər iki tramvayda ümumilikdə 70-ə yaxın sərnişinin olduğu qeyd edilib.

Seçilən
37
far.az

1Mənbələr