GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
Əfqanıstan təyyarələri Pakistanın Vana şəhərindəki hərbi bazaya zərbə endirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Əfqanıstan Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Hücum Cənubi Vəziristanın paytaxtı Xayber Paxtunxva əyalətindəki bir kənddə həyata keçirilib”, – deyə bildirilib.
Əfqanıstan tərəfi hücumun Pakistan Hərbi Hava Qüvvələrinin Qəndəhar əyalətinə gecə basqınına cavab olaraq həyata keçirildiyini və nəticədə narkomanları müalicə edən xəstəxananın bombalandığını iddia edib.
Nazirliyin məlumatına görə, Vana bazasına endirilən zərbə nəticəsində komandan heyətinin əksəriyyəti həlak olub. Pakistan əsgərləri də ağır itkilər verib.
Əliyar Xəlil
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.