BAKI, 15 mart. TELEQRAF
Moldova hökuməti Dnestr çayında yanacaq sızması nəticəsində yaranan çirklənmə ilə əlaqədar 15 gün müddətinə həyəcan rejimi elan edib.
Teleqraf xəbər verir ki, bu barədə Moldovanın Baş naziri Aleksandr Muntianu fövqəladə iclasdan sonra məlumat verib.
Onun sözlərinə görə, qərar suyun analizlərində normadan artıq çirklənmə qeydə alınan ərazilərdə suyun götürülməsi və istifadəsinə müvəqqəti məhdudiyyətlər tətbiq etməyə imkan verəcək.
Məlumata görə, Moldova hakimiyyəti Dnestr çayından su təchizatını ölkənin bir neçə rayonunda – Soroka, Bəltsi, Floreşti və Sıncerey bölgələrində müvəqqəti dayandırıb.
Ukraynanın İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, yanacaq sızması Çernovtsi vilayətində yerləşən Dnestr Su Elektrik Stansiyası yaxınlığında baş verib. Hazırda çayın təmizlənməsi istiqamətində Moldova, Ukrayna və Rumıniyadan olan mütəxəssislər birgə çalışırlar.
Qeyd edək ki, Dnestr çayı Moldovanın əhalisinin böyük hissəsi üçün əsas içməli su mənbəyidir.