Mahir Emreli cari mövsüm Bundesliqa 2-də ilk qolunu vurub.

Offsideplus.az xəbər verir ki, o, “Kayzerslautern”in “Karlsrue” ilə matçında komandasının sonuncu qoluna imza atıb.

M. Emreli görüşün 83-cü dəqiqəsində meydana daxil olub. O, qarşılaşmaya əlavə olunan 4-cü dəqiqədə fərqlənməyi bacarıb.

“Kayzerslautern” 3:0 hesablı qələbə qazanıb.

Mahirin qolunu sizə təqdim edirik: