Qazaxıstanın Bakıdakı səfirliyində ölkənin yeni Konstitusiyası ilə bağlı keçirilən referendum çərçivəsində səsvermə prosesi davam edir.
Far.Az xəbər verir ki, bu barədə səfirliyin yaydığı məlumatda bildirilib.
Məlumata görə, yerli vaxtla saat 16:00-a olan vəziyyətə əsasən, qeydiyyatdan keçmiş 200 seçicidən 162-si səsvermədə iştirak edib.
Səs verənlər arasında Azərbaycanda təhsil alan qazaxıstanlı tələbələr, beynəlxalq təşkilatlarda və Qazaxıstan şirkətlərinin ölkəmizdəki nümayəndəliklərində çalışan şəxslər, turistlər, həmçinin Beynəlxalq STEM Olimpiadası üçün Bakıya gələn qazaxıstanlı məktəblilərin valideynləri və müəllimləri də yer alır.
Qeyd edək ki, səfirlikdə fəaliyyət göstərən seçki məntəqəsi Bakı vaxtı ilə saat 20:00-dək açıq olacaq.