ain.az, GlobalInfo saytına istinadən bildirir.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Gerçək vəd – 4” əməliyyatının 54-cü dalğası çərçivəsində İsrail istiqamətinə “Səccil” ortamənzilli raketlərini atıb.
Globalinfo.az xəbər verir ki, bu barədə SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı Məcid Musəvi “X” sosial şəbəkəsində məlumat verib.
Onun sözlərinə görə, bu gün ağır, sürətli bi gündür. Eyni zamanda iki mərhələli “Səccil” raketləri İsrailin hava əməliyyatları komandanlıq mərkəzləri istiqamətində buraxılıb.
Məlumata görə, bu, artıq əməliyyatın yeni mərhələsidir.
Qeyd edək ki, SEPAH bir neçə gündür İsrail istiqamətinə atılan raketlərin sayını əhəmiyyətli şəkildə artırıb.
Tahur Turan
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.