AZ

Merzin daha bir fiaskosu: Tramp ona qulaq asmayıb FT

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“ABŞ Prezidenti Donald Tramp Almaniya kansleri Fridrix Merzlə görüşündə Rusiyanın Ukraynadakı münaqişədə qalib gəldiyini açıq şəkildə bildirib”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Merz ABŞ liderini Moskvaya təzyiqi artırmağa inandırmaq üçün xəritələr və cədvəllər gətirsə də, Tramp Ukraynadakı vəziyyətin ətraflı müzakirəsində maraqlı olmayıb.

“Tramp Ukraynanın zəiflədiyinə, Rusiyanın isə qalib gəldiyinə əmindir”, – deyə nəşr yazıb.

Xatırladaq ki, iki lider 3 martda Ağ Evdə görüşüblər.

Əliyar Xəlil

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
globalinfo.az

1Mənbələr