AZ

İslamofobiyanın cəmiyyətdə yeri yoxdur - Azərbaycan XİN

Bakı. Trend:

Azərbaycan mədəniyyətlərin və dinlərin hörmətə, tolerantlığa vədinc yanaşı yaşamasına olan güclü sadiqliyini bir dahatəsdiqləyir.

Trend-in məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyi "X"sosial şəbəkəsində yazıb.

"Beynəlxalq İslamofobiya ilə Mübarizə Günündə mədəniyyətlərin vədinlərin hörmətinə, tolerantlığına və dinc yanaşı yaşamasına olangüclü sadiqliyimizi bir daha təsdiqləyirik.

İslamofobiya, ayrı-seçkilik və insanlara qarşı inanclarına görənifrət insan ləyaqəti, bərabərlik və qarşılıqlı anlaşmaprinsiplərini sarsıdır. Bu cür qərəzli fikirlərin cəmiyyətlərimizdəyeri yoxdur", - deyə paylaşımda bildirilib.

Qeyd edilib ki, İslam sülh, mərhəmət, ədalət və həmrəylik kimidəyərlərə əsaslanır.

"İslamın təhrif edilməsi və ya damğalanması qəbuledilməzdir.Dözümsüzlüyün bütün formalarına qarşı mübarizə inklüziv, dinc vədavamlı cəmiyyətlərin qurulması üçün çox vacibdir", - deyə nazirlikəlavə edib.

Seçilən
31
3
az.trend.az

5Mənbələr