AZ

"Arsenal"dan "pulsuz" transfer həmləsi

İngiltərənin "Arsenal" klubu heyətini gücləndirmək üçün Almaniya Bundesliqasına üz tutub.

Fanat.Az xəbər verir ki, "topçular" mövsümün sonunda azad agent statusu alacaq iki ulduz yarımmüdafiəçi üçün rəsmi təklif hazırlayır.

"TEAMtalk"un yaydığı məlumata görə, London təmsilçisi "Bayern"dən Leon Qoretzka və "Borussiya Dortmund"dan Yulian Brandtı hədəf seçib. Hər iki futbolçunun müqaviləsi yayda başa çatdığı üçün "Arsenal" onları heç bir transfer haqqı ödəmədən heyətinə qata bilər.

Mikel Artetanın Çempionlar Liqası təcrübəsinə malik olan bu cütlüyün transferi ilə orta xətdəki rəqabəti və dərinliyi artırmaq istədiyi qeyd olunur.

Seçilən
1
1
fanat.az

2Mənbələr