AZ

Əraqçı: İstənilən təşəbbüsü alqışlayırıq

ain.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Biz müharibənin ədalətli şəkildə sonlandırılması istiqamətində istənilən regional təşəbbüsü alqışlayırıq. AzVision.az Fars Xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Əl-Ərəbi Əl-Cədid"ə müsahibəsində bildirib. O, həmçinin bildirib ki, Hörmüz boğazı ABŞ və onun müttəfiqlərinin gəmiləri istisna olmaqla, hər kəs üçün açıqdır. Əraqçi deyib ki, İranın Qətər, Səudiyyə Ərəbistanı, Oman və digər qonşu ölkələrlə diplomatik əlaqələri davam edir. İrandakı vəziyyətə də münasibət bildirən XİN başçısı vurğulayıb ki, vəziyyət stabildir, hökumət, yaxud ordu institutlarında heç bir parçalanma yoxdur. Abbas Əraqçi əlavə edib ki, hazırda ABŞ və İsrail ilə münaqişənin başa çatdırılmasına yönəlmiş konkret təşəbbüslər mövcud deyil. Röya Əliyeva

AzVision.az Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
azvision.az

1Mənbələr