AZ

İran XİN rəhbəri: Zərbələr yalnız ABŞ-nin hərbi obyektlərinə endirilir

BAKI, 15 mart. TELEQRAF

İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, Tehran ABŞ-yə qarşı hücumlar zamanı yalnız Amerika hərbi obyektlərini və vasitələrini hədəfə alır.

Teleqraf xəbər verir ki, bu barədə Abbas Əraqçi CBS telekanalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, İranın həyata keçirdiyi zərbələr yalnız ABŞ-yə məxsus obyektlərə yönəlib.

“Biz yalnız Amerika vasitələrini, Amerika obyektlərini və Amerika hərbi bazalarını hədəfə alırıq”, – deyə Əraqçi bildirib.

Nazir qeyd edib ki, İran tərəfi yalnız amerikalılara məxsus olan hədəflərə zərbə endirir. O, həmçinin vurğulayıb ki, ABŞ İrana qarşı hücumları digər ölkələrin ərazilərindən həyata keçirir.

Seçilən
42
teleqraf.com

1Mənbələr