AZ

Qazaxıstanda konstitusiya referendumu: Səsvermə başa çatdı - VİDEO

Qazaxıstanda yeni konstitusiya layihəsi üzrə keçirilən referendumda səsvermə üçün açılmış məntəqələr yerli vaxtla saat 20:00-da bağlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı TASS yayıb.
 

Məlumata görə, ölkə daxilində seçki məntəqələrinin böyük hissəsi saat 07:00-da fəaliyyətə başlayıb. Bəzi məntəqələr, o cümlədən hərbi hissələrdə yerləşənlər isə saat 06:00-dan etibarən açılıb.


Bununla yanaşı, xaricdə fəaliyyət göstərən bəzi məntəqələr hələ də işləməkdə davam edir. Onlardan sonuncusu ABŞ-nin San-Fransisko şəhərində yerləşir və martın 16-sı səhərədək açıq olacaq.

Mərkəzi Referendum Komissiyasının məlumatına görə, yerli vaxtla saat 18:00-a olan vəziyyətə əsasən seçici fəallığı 70,98% təşkil edib. Beləliklə, referendum baş tutmuş hesab olunur, çünki səsvermədə seçici siyahılarına daxil edilmiş vətəndaşların 50%-dən çoxu iştirak edib.
 

Yeni konstitusiya layihəsi fevralın 12-də dərc olunub. Sənəddə əsas yeniliklər arasında ölkədə birpalatalı parlamentə - Kurultaya keçid, vitse-prezident vəzifəsinin təsis edilməsi və ali məsləhətçi orqan kimi Xalq Şurasının yaradılması nəzərdə tutulur.


Bundan başqa, layihədə milli hüququn beynəlxalq hüquqdan üstünlüyünü nəzərdə tutan yeni normalar da əksini tapıb. Referendumda vətəndaşlar sənədi dəstəkləyəcəyi halda yeni konstitusiyanın iyulun 1-dən qüvvəyə minəcəyi gözlənilir.


Bizim.Media

Seçilən
44
1
bizim.media

2Mənbələr