AZ

Kurban Berdıyev: “Çox vacib iki xal itirdik”

Apasport portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Misli Premyer Liqasının XXIV turunun "Kəpəz" - "Turan Tovuz" matçından (1:1) sonra qonaqların baş məşqçisi Kurban Berdıyevin mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

"Təəssüf ki, çox vacib iki xal itirdik. Oyunun ikinci hissəsi bir qədər fərqli alındı. Növbəti oyuna hazırlaşacağıq"

- Enrike Silva zədələndikdən sonra onun əvəzinə meydana Faiq Hacıyevi buraxdınız. "Kəpəz" də daha çox onun yer aldığı cinahdan hücumlar edirdi.. 

- Faiq uzun müddət idi ki, oynamırdı. Ona görə də, bu səhvlər təbiidir.

- Roderik Millerin oynamaması nə ilə bağlıdır?

- Zədəlidir.

- "Turan Tovuz" iddialı rəqiblərə qalib gəlir, amma daha aşağı pillələrdə qərarlaşan komandalarla matçlarda istədiyini reallaşdıra bilmir. Bu, konsentrasiya və motivasiya ilə bağlıdır?

- Təəssüf ki, haqlısız. Həm "Zirə", həm də "Neftçi" ilə oyundan sonra belə oldu. Fikirləşirəm ki, emosiyalar kifayət etmir. Liderlərə qarşı olan köklənmə bu cür komandalara qarşı olmur. Bunun üzərində işləyəcəyik.

Rəşad Sadıqov: “Daha öncə də mübahisəli qərarlar olub”

Qurban Qurbanov: “Üstünlük “Sabah” tərəfdədir”

“Qarabağ”dan vacib qələbə - YENİLƏNİB

Naxçıvanda ara qarışıb: Stadionlar federasiyanın əlindən alınıb

“Araz-Naxçıvan” mövsümün son oyunlarını bu stadionda keçirəcək

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
31
5
apasport.az

7Mənbələr