AZ

Ana körpəsini ataraq qaçıbVİDEO

Tovuzda ana körpəsini tanımadığı qadının yanına ataraq qaçıb.

Xezerxeber.az-ın məlumatına görə, ana iki aylıq övladını kirayə qaldığı yaşlı qadının evində qoyaraq bir daha geri qayıtmayıb.

Hadisə rayonun Abulbəyli kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, Mingəçevir şəhər sakini Nuranə Əhmədova Tovuz rayonunun Abulbəyli kəndində Gülənbər Quliyevanın evində kirayə qalacağını bildirib. Ev sahibinin sözlərinə görə, o, cütlükdən sənəd tələb edib və Nuranə “ASAN Xidmət”dən sənəd almaq adı ilə evdən çıxıb, ev sahibindən o gələnə qədər uşağa baxmağı xahiş edib, amma geri qayıtmayıb.

Polis əməkdaşları uşağı Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə təhvil veriblər. İki aylıq körpə lazımi tibbi müayinələrdən keçirilib və hazırda nəzarətdə saxlanılır.

Tovuz rayonunda anası tərəfindən atıldığı bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunub. Agentlikdən bildirilib ki, aidiyyəti qurumlarla koordinasiyalı şəkildə müvafiq səhiyyə müəssisəsinə yerləşdirilən körpənin mövcud vəziyyəti qiymətləndirilib. Uşağın müayinə və qiymətləndirmə prosedurları bitdikdən sonra isə o, daimi qayğı ilə əhatə olunması üçün Sosial Xidmətlər Agentliyi tərəfindən qanunvericiliyə uyğun olaraq müvafiq uşaq müəssisəsinə yerləşdiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
33
xezerxeber.az

1Mənbələr