AZ

Hörmüz boğazında 1000 ə yaxın gəmi gözləyir

ain.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.

Hazırda təxminən 1000 gəmi, o cümlədən 200-ə yaxın neft tankeri Hörmüz boğazından keçmək üçün növbə gözləyir.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Əl-Cəzirə”məlumat yayıb.

Məlumata görə, İran ordusu strateji su yoluna nəzarəti davam etdirdiyi üçün qlobal neft bazarları vəziyyətə kəskin qiymət artımı ilə reaksiya verib. Bir sıra ölkələrdə yanacaq qiymətlərində də artım müşahidə olunur.

Xatırladaq ki, Hörmüz boğazı ABŞ və İsrailin İran ərazisinə endirdiyi zərbələrə cavab olaraq Tehran tərəfindən bağlanıb.

Bununla belə, bu gün mediada yayılan məlumatlara əsasən, ümumi blokadaya baxmayaraq, İran iki Hindistan qaz tankerinin boğazdan keçməsinə icazə verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
yeniavaz.com

1Mənbələr