AZ

MPL: Qərb derbisində heç-heçə, "Neftçi" Qəbələdə sevindi

Bu gün Misli Premyer Liqasında 24-cü tur başa çatıb.

Fanat.Az xəbər verir ki, son gündə 2 görüş reallaşıb.

Öncə “Kəpəz” Yevlaxda “Turan Tovuz”u qəbul edib. Qərb derbisi qollu bərabərliklə yekunlaşıb.

Son oyunda isə “Qəbələ” öz meydanında “Neftçi” ilə qarşılaşıb. Oyun Bakı komandasının inamlı qələbəsi ilə bitib. 

Daha öncə keçirilmiş oyunlarda “Araz-Naxçıvan” “Karvan-Yevlax”a qalib gəlibsə (2:1, “Sumqayıt” “Şamaxı”ya (0:1), “İmişli” “Sabah”a (0:5), “Zirə” “Qarabağ”a (1:3) uduzub.

Misli Premyer Liqası
24-cü tur
15 mart

“Kəpəz” “Turan Tovuz” 1:1 

Qollar: Rəhman Hacıyev, 55 - Joarlem Santos, 61
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Ruslan Quliyev.
Yevlax şəhər stadionu. 15:00. 

"Kəpəz": 22. Məmməd Hüseynov 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli 11. Rəhman Hacıyev 9. Luis Paçu 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 12. Mahamadu Ba 14. Adama Fofana 4. Mate Abuladze
Ehtiyat oyunçular: 33. Yusif İmanov 81. Elgün Bayramov 99. Əli Səmədov 88. Şakir Seyidov 17. Ümid Səmədov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 6. Camal Cəfərov 97. Elxan Məmmədov 57. Amur Yusifov
Baş məşqçi: Azər Bağırov

"Turan Tovuz": 41. Sergey Samok 17. Rəhim Sadıxov 11. Ayxan Hüseynov 3. Enrike Silva 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe 2. Mark Rene Mampassi
Ehtiyat oyunçular: 1. Oleq Baklov 13. Mehman Hacıyev 29. Filip Ozobiç 4. Şəhriyar Əliyev 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev 6. Fərid Yusifli 5. Roderik Miller 99. Vadji İbrahima 9. Coş Cinnelli 8. David Tavareş 
Baş məşqçi: Kurban Berdiyev

“Qəbələ” “Neftçi” 1:3 

Qollar: Seydina Keyta, 19-pen. Bassala Sambu, 22. Emin Mahmudov, 69. Murad Məmmədov, 77
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov.
Qəbələ şəhər stadionu. 18:00.

"Qəbələ": 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 66. Nuğay Rəşidov, 27. Eşqin Əhmədov, 33. Seydina Keyta, 50. Adriel Ba Lua, 6. Xayme Syerra, 8. Sambu Sissoko, 16. İsaak Amoa, 14. Domi Massumu, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 7. Turan Manafov, 22. Fərid İsgəndərov, 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 10. Şahin Şahniyarov, 21. Ziya Şəkərxanov, 24. İsmael Akinade, 12. İbrahim Sanqare, 3. Eduardo Kunde.
Baş məşqçi: Kaxaber Sxadadze.

"Neftçi": 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 7. Emil Səfərov, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 9. Bassala Sambu, 33. Breno Almeyda, 70. Andrey Ştoqrin, 11. İmad Faraj.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 81. Məhdi Həsənov, 4. Elvin Camalov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 14. Edvin Kuç, 77. Falaye Sako, 6. Sessi Dalmeyda, 10. Freddi Varqas, 22. Luis Ortis, 28. Alessio Kurçi.
Baş məşqçi: Yuri Vernidub.

Seçilən
1
fanat.az

1Mənbələr