AZ

Tramp administrasiyasından İran senzurası… Media təhdid edildi - lisenziyalarınızı ləğv edərik…



Tramp administrasiyası İran məsələsində media qurumları ilə üz-üzə gəlib. Federal Rabitə Komissiyasının (FCC) rəhbəri bildirib ki, yayımçılar ictimai maraqlar naminə fəaliyyət göstərməlidirlər, əks halda lisenziyalarını itirəcəklər.

Media qurumlarına İran münaqişəsi ilə bağlı xəbərdarlıq edən FCC rəhbəri Brendan Karr rəsmi X hesabında, medianı İranla bağlı "kurslarını dəyişməyə" çağırıb və bildirib ki, əks halda lisenziyaları yenilənməyəcək.

Bundan əvvəl ABŞ Prezidenti Tramp özünün “Social Truth” hesabında “New York Times” və “Wall Street Journal” kimi qəzetləri hədəfə alaraq onları, İran münaqişəsini uduzmaq üçün qəsdən saxta xəbərlər yaymaqda ittiham edib. Məhz bundan sonra FCC hərəkətə keçib. FCC sədri Karr bildirib ki, media təşkilatları öz maraqları naminə kurslarını dəyişdirməlidir: "Saxta xəbərlər və təhriflər dərc edən yayımçılar, yəni yalan xəbərlər hazırlayanların lisenziyalarının yenilənmə müddəti bitməmişdən əvvəl kurslarını düzəltmək şansı var. Qanun aydındır. Yayımçılar ictimai maraqlar naminə fəaliyyət göstərməlidirlər, əks halda lisenziyalarını itirəcəklər."

Tahir TAĞIYEV

Seçilən
45
baki-xeber.com

1Mənbələr