AZ

Bugünkü buraxılış imtahanı necə keçib? - Abituriyentlər danışıbVİDEO

Martın 15-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

Xezerxeber.az-a bildiriblər ki, imtahanda 62 min 33 şagirdin iştirakı nəzərdə tutulurdu.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 267 imtahan binası, 4645 imtahan zalı ayrılıb.

İmtahanda iştirak edən şagirlərin bir qismi bildirib ki, onlara təqdim olunan suallar, xüsusən də riyaziyyat fənni üzrə tərtib olunan suallar qismən çətin olub.

Hətta şagirdlər arasında sualların çətin tərtib olunmasını özünə haqsızlıq hesab edənlər də var.

Lakin imtahan suallarının kifayət qədər asan olduğunu deyənlər də az deyil.

Qeyd edək ki, martın 16-dan etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq.

İlkin məlumatlara əsasən, 4 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 7 həftə ərzində elan olunması nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Seçilən
22
xezerxeber.az

1Mənbələr