AZ

Qusarda “Mercedes” dərəyə aşdı - 5 nəfər yaralandı

Qusarda ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az xəbər verir ki, Qusarın Şirvanlı kəndi ərazisində "Mercedes" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində aşıb. Qəza zamanı avtomobildə olan 5 nəfər ağır yaralanıb.
 
Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. İlkin məlumata görə onlardan üçünün vəziyyəti ağırdır. Xəsarət alanlardan ikisi əməliyyata götürülüb.
 
Faktla bağlı araşdırma aparılır.
 
Seçilən
38
8
moderator.az

10Mənbələr