Son dövrlər stomatoloji prosedurlar da artıq kreditlə həyata keçirilir.
Sosial şəbəkələrdə artıq bu cür elanlara tez-tez rast gəlirik. İstər diş müalicələri olsun, istərsə də dişlə bağlı olan bütün prosedurlar.
Xezerxeber.az-ın məlumatına görə, stomotoloqlar bildirirlər ki, klinikaların buna getməsin əsas səbəbi stomotoloji xidmətlərin baha olmasıdır.
Burada isə kredit şərtləri bəzən klinika daxili və ya bank yolu ilə həyata keçirilir. Əgər prosedur bank vasitəsilə həyata keçirilirsə, müalicə məbləği əvvəlcədən həkimə ödənilir, lakin pasient ödənişi bank vasitəsilə aylara bölərək həyata keçirir. Faizləri isə banklar vətəndaşa uyğun olaraq təyin edir.
Həkimlər bildirirlər ki, pasient yalnız bəzi şərtlərə uyğun olduqda kreditdən yararlana bilər. Pasientin şəxsi məlumatları yoxlanıldıqdan sonra kredit ya ayrılır, ya da verilməyə bilər.
Mütəxəssislər bildirirlər ki, bu tendensiyanın əsas səbəbi müalicə avadanlıqlarının və stomatoloji xidmətlərin qiymətlərinin kəskin artmasıdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta