AZ

Makronun müşavirləri Kremldə təhqir edildi: Rədd olun!

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Danışıqlar raundunun bir mərhələsində Fransa nümayəndələri - Prezident Makronun diplomatik müşaviri Emmanuel Bonn və Avropa işləri üzrə müşaviri Bertrand Buxvalter - Avropa ölkələrinin sülh prosesində iştirak etmə ehtimalını müzakirə etmək üçün 3 fevral 2026-cı ildə Moskvaya gəliblər. Lakin Rusiya təklifi nəinki rədd edib, həm də bunu son dərəcə kobudluqla və qəfil edib.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.

İddiaya görə, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov söhbəti ingilis dilində bu sözlərlə kəsib: “Bağışlayın, ümumiyyətlə yox, biz razı deyilik, durun s..."

Məqalədə vurğulanır ki, bu sitat Kremlin rəsmi bəyanatı deyil, danışıqlarda iştirak edən Avropa diplomatlarının çatdırdığı sözlərdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
1
axar.az

2Mənbələr