Qazaxıstan ərazisində yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 19:00) yeni konstitusiya layihəsi üzrə referendum yekunlaşıb.
Far.Az-in məlumatına görə, ölkə hüdudlarından kənarda bəzi səsvermə məntəqələri hələ vətəndaşları qəbul edir. Onlardan sonuncusu ABŞ-ın San-Fransisko şəhərində yerləşən məntəqə martın 16-sı səhərədək fəaliyyət göstərəcək.
Mərkəzi Referendum Komissiyasının açıqladığı statistikaya əsasən, saat 18:00-a olan göstəricilərə görə seçici fəallığı 70,91 % olub. Səsvermədə seçici siyahısında olan vətəndaşların yarıdan çoxu iştirak etdiyi üçün referendum rəsmi olaraq baş tutmuş sayılır.
Yeni konstitusiya layihəsi fevralın 12-də təqdim edilib. Sənəd parlamentin birpalatalı modelə keçidini, vitse-prezident postunun yaradılmasını və ali məsləhətçi orqan kimi Xalq Şurasının təsis edilməsini nəzərdə tutur. Həmçinin layihədə milli qanunvericiliyin beynəlxalq hüquq normaları üzərində üstünlüyü kimi bir sıra yeni müddəalar əksini tapıb.
Referendumda vətəndaşların dəstəyi ilə yeni konstitusiya iyulun 1-dən qüvvəyə minəcək