Guya “Kolambus Kryu” artıq “Qarabağ”la danışıqlara başlayıb. Əslində Elvin Cəfərquliyevin “Qarabağ”da qaldığını, o olan yerdə Toralın meydana çıxmasının faktiki mümkünsüzlüyünü nəzərə alsaq, Bayramovun okeanı keçməsi hadisələrin məntiqi axarına tam uyğun variantdı.
“Football-plus.az” bu variantla bağlı futbolçunun meneceri Tural Əsgərovun fikrini öyrənib:
“Xeyr, belə təklif yoxdu. Ümumiyyətlə, bu klubla Toral arasında heç bir danışıq olmayıb. Toralın “Qarabağ”dan ayrılması... Yəqin ki, mövsümün sonuna qədər “Qarabağ”da qalacaq”.
MÜZƏFFƏR QULUZADƏ