AZ

Əraqçi müharibənin bitməsi üçün şərti açıqladı

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, hazırda Tehran və Vaşinqton arasında heç bir danışıqlar təklifi yoxdur.

Globalinfo.az xəbər verir ki, bu barədə Əraqçi “CBS News”a verdiyi müsahibədə danışıb. Əraqçi masada heç bir şeyin olmadığını vurğulayıb.

Əraqçi qeyd edib ki, hər şey gələcək inkişaflardan asılı olacaq:

“Əgər İran rəhbərliyi nə vaxtsa Amerika tərəfi və ya digər iştirakçılarla dialoqa başlamaq qərarına gələrsə, Tehran hansı məsələləri müzakirəyə çıxaracağını müəyyən edəcək. Bu, müharibənin taleyini də həll edəcək. Razılaşma üçün bu, əsas şərtdir”.

Əraqçi təşəbbüsün tamamilə İrana aid olduğunu açıq şəkildə bildirib.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
globalinfo.az

1Mənbələr