AZ

Hövsan yolunda təhlükəli vəziyyət varVİDEO

Suraxanı rayonu, Hövsan qəsəbəsinin yolunda hərəkəti tənzimləyən bəzi nişanların olmaması təhlükə yaradır.

Xezerxeber.az-ın məlumatına görə, burada axşam saatlarında hərəkət xüsusilə təhlükəli olur.

Sürücülər deyirlər ki, hərəkət üstünlüyünün kimdə olmasını yalnız yoldan daimi istifadə edənlər bilir. Bəzi hallarda isə sürüclərin bir-birinə yol verməməsinə görə qəzalar baş verir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirildi ki, həmin ərazidə nəqliyyat intensivliyi ilə bağlı təhlilər aparılacaq. Təhlilərin nəticəsinə uyğun olaraq qərar qəbul ediləcək. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
6
1
xezerxeber.az

2Mənbələr