AZ

Mingəçevirdə maşın evin darvazasına çırpıldı - Xəsarət alan var

Mingəçevirdə idarəetmədən çıxan maşın fərdi həyət evininin darvazasına çırpılıb.

"Unikal"ın məlumatına görə, hadisə Kür küçəsində baş verib. Vüsal Məsimlinin idarə etdiyi "Vaz 2106" markalı avtomobil idarəetmədəm çıxaraq yol kənarındakı həyət evinin darvazasına çırpılıb. Hadisə nəticəsində sürücü xəsarət  alıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Seçilən
44
3
unikal.az

4Mənbələr