AZ

Tehranın bəzi taktikalarının arxasında Putinin ‘gizli əli’ var

ain.az bildirir, Bakivaxti portalına istinadən.

Böyük Britaniyanın müdafiə naziri Con Heyli bildirib ki, rəsmi Tehranın Yaxın Şərqdə tətbiq etdiyi bəzi taktikaların arxasında Rusiya prezidenti Vladimir Putinin “gizli əli” durur.

Bakıvaxtı.az bu barədə "Le Fiqaro" nəşrinə istinadla xəbər verir.

Heyli qeyd edib ki, 1 martda Kiprin Akrotiri şəhərindəki Kral Hərbi Hava Qüvvələrinin (RAF) bazasına hücum edən İran istehsalı pilotsuz təyyarənin Rusiya və ya digər xarici komponentlərlə əlaqəsi olub-olmadığı araşdırılır.

London yaxınlığındakı Nortvuddakı Britaniya silahlı qüvvələrinin qərargahına səfəri zamanı nazir əlavə edib:

“Sizi məlumatlandıracağıq və çıxardığımız bütün nəticələri vaxtında ictimaiyyətə açıqlayacağıq. Putinin ‘gizli əli’nin İranın bəzi taktikalarının və imkanlarının arxasında durduğuna inanmaq heç kəsi təəccübləndirməz. Hazırda yüksək neft qiymətlərindən faydalanan bir dünya lideri varsa, o da Putindir".

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
39
bakivaxti.az

1Mənbələr