Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.
Yaxın vaxtlarda Beynəlxalq Enerji Agentliyinin (BEA) tərkibinə daxil olan dövlətlərin strateji ehtiyatlarından qlobal bazara təxminən 412 milyon barel neft yönəldiləcək.
"Report" BEA-nın bəyanatına istinadən xəbər verir ki, bu tədbir Yaxın Şərqdəki silahlı münaqişə və Hörmüz boğazının bağlanması nəticəsində yaranan qiymət təzyiqini zəiflətmək məqsədilə görülüb.
Məlumata görə, sərbəst buraxılan həcmlərin 72 %-ni (təxminən 296,5 milyon barel) xam neft təşkil edəcək, qalan 28 %-i isə (təxminən 115 milyon barel) neft məhsullarının payına düşəcək.
"BEA-ya üzv ölkələrin Asiya-Sakit okean regionundakı ehtiyatları ən qısa müddətdə istifadəyə veriləcək, Şimali və Cənubi Amerika, eləcə də Avropa ölkələrindən olan iştirakçıların ehtiyatları isə martın sonundan etibarən tədarük edilməyə başlanacaq", - sənəddə qeyd olunur.
Əsas payı - təxminən 196 milyon barel - Amerika qitəsi dövlətləri təmin edəcək, həm də yalnız xam neft şəklində. 172 milyon bareldən çox həcmin dövlət anbarlarından, daha 23,6 milyon barelin isə alternativ mənbələrdən çıxarılması planlaşdırılır.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.