AZ

Çexiya ABŞ terminallarından qaz tədarükü üçün ilkin müqavilə imzalayıb

Bakı. Trend:

Çexiya ABŞ terminallarında illik 1,4 milyard kubmetr qazsifarişi üçün ilkin uzunmüddətli müqavilə bağlayıb.

Trend xəbər verirki, bu barədə ABŞ-a səfərini başa vuran Çexiyanın Baş nazirininbirinci müavini, sənaye və ticarət naziri Karel Havliçek məlumatverib.

Nazir bildirib ki, əldə olunan razılaşma ölkənin enerjimənbələrini şaxələndirmək və respublikanın enerji təhlükəsizliyinigücləndirmək məqsədi daşıyır.

Karel Havliçek qeyd edib ki, dövlətə məxsus Çexiya şirkəti ČEZartıq qaz ehtiyatı üzrə müqavilənin detalları üzərində danışıqlaraparır.

“Bu, enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətindəbirbaşa addımdır. Bu saziş sayəsində biz Çexiya Respublikasının qazistehlakının təxminən 20–30 faizini təmin edə biləcəyik”, – deyənazir vurğulayıb.

Seçilən
17
az.trend.az

1Mənbələr