AZ

Fərid Xəlilov U-23 Avropa çempionatında bürünc medal qazanıb

Bakı. Trend:

Azərbaycanın yunan-Roma güləşçisi Fərid Xəlilov SerbiyanınZrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında bürüncmedal əldə edib.

Trend xəbər verirki, bu barədə Azərbaycan Güləş Federasiyası sosial şəbəkə hesabındaməlumat yayıb.

67 kq çəki dərəcəsində çıxış edən Fərid Xəlilov bürünc medaluğrunda qarşılaşmada macarıstanlı Petro Jitovozu 6:3 hesabı iləməğlub edərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Beləliklə, bu nəticə Azərbaycanın turnirdə qazandığı beşincibürünc medal olub. Bundan əvvəl sərbəst güləşçilər Musa Ağayev (65kq), Ramik Heybətov (70 kq), Zəfər Əliyev (97 kq) və Fərid Sadıxlı(55 kq) da bürünc medala sahib çıxıblar.

Qeyd edək ki, U-23 Avropa çempionatına martın 15-də yekunvurulacaq.

Seçilən
79
az.trend.az

1Mənbələr