AZ

Pentaqonun mühüm sursat ehtiyatları azalıb

Reyting.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ uzun illər topladığı mühüm sursat ehtiyatlarının böyük hissəsini İranla müharibəyə sərf edib.

Reyting.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.

Pentaqon bu barədə açıqlama verməsə də, nəşr yazır ki, ən çox istifadə olunmuş silahlar arasında "Tomahawk" kimi əhəmiyyətli qanadlı raket ehtiyatları da var. Ekspertlərin rəyinə görə, bunun nəticələri ağır olacaq və ABŞ Hərbi Dəniz Qüvvələri bu boşluğu bir neçə il hiss edəcək.

Məlumata görə, məhz elə bu səbəbdən də, Pentaqon yaxın günlərdə Ağ evdən və ABŞ Konqresindən əlavə 50 milyard dollaradək maliyyə tələb etməyi planlaşdırır. Həmçinin vurğulanır ki, bu məsələ Konqresdə ciddi müzakirələrə səbəb ola bilər. Respublikaçı senator Liza Murkovski isə yenə də Donald Tramp hakimiyyətini buna görə sərt tənqid edib və xərclərlə bağlı ətraflı izahat istəyib.

Xatırladaq ki, ABŞ və müttəfiqi İsrailin birgə hazırladıqları hərbi əməliyyat fevral ayının 28-də başlayıb. Buna cavab olaraq İran ABŞ-nın Bəhreyn, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərindəki bazalarına zərbələr endirib. Münaqişə Hörmüz boğazında gəmiçiliyi demək olar, tamamilə dayandırıb və bu müharibə nəticəsində dünya bazarında neftin qiyməti artıb.

OqtayQORÇU

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
reyting.az

1Mənbələr