AZ

Qazaxıstanda keçirilən referendumda səsvermə başa çatıb

Qazaxıstanda konstitusiya dəyişiklikləri ilə bağlı keçirilən referendumda səsvermə prosesi başa çatıb.

Doğru.az xəbər verir ki, bu barədə məlumatı Qazaxıstan Mərkəzi Referendum Komissiyası sədrinin müavini Muxtar Yerman açıqlayıb. Onun sözlərinə görə, ölkə üzrə bütün seçki məntəqələri bağlanıb və hazırda səslərin sayılması prosesi aparılır.

Məlumata görə, saat 20:00-a olan nəticələrə əsasən 9 milyon 126 min 850 vətəndaş səsvermədə iştirak edib. Bu isə seçici siyahısına daxil edilənlərin 73,24 faizini təşkil edir.

Bundan əvvəl isə Qazaxıstan Mərkəzi Referendum Komissiyası katibi Şavxət Utemisov bildirmişdi ki, Moskva vaxtı ilə saat 16:00-a qədər seçici fəallığı 70,98 faizə çatıb.

Hazırda referendumun yekun nəticələrinin yaxın saatlarda açıqlanacağı gözlənilir.

DOĞRU.AZ 

Seçilən
15
dogru.az

1Mənbələr