AZ

Xankəndi şəhərində “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunub - FOTO

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Xankəndi şəhərində “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunub.

Bu, işğaldan azad olunmuş Xankəndidə bizim növbəti yarmarkamızdır. Yarmarkada 40-dan çox çeşiddə məhsul fermerlər tərəfindən satışa çıxarılıb.

Bizim.Media xəbər verir ki, bunu AZƏRTAC-a “Aqrar Tədarük və Təchizat” ASC-nin idarə heyətinin üzvü Faiq Hüseynov deyib.
 

O bildirib ki, işğaldan azad olunmuş ərazilər yarmarkaların coğrafiyasının genişləndirilməsi zamanı diqqət mərkəzində saxlanılır. Cabrayıl rayonunun Horovlu kəndində və Zəngilan rayonunun Ağalı kəndində də ilk dəfə olaraq “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil ediləcək.


“Ümumilikdə “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən 12 məntəqədə Novruz yarmarkaları təşkil edilib. Bu yarmarkaların keçirilməsində məqsəd fermerlərə alternativ satış imkanı yaratmaq və vətəndaşların yerli təbii məhsullara əlçatanlığını münasib qiymətə təmin etməkdir.

Təşkil edilmiş bütün yarmarkalarda fermerlər satış yerləri, piştaxtalar, zəruri avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar. İnanırıq ki, yarmarkalar həm fermerlərin satış imamlarını artıracaq, həm də vətəndaşların regionlarda yerli istehsal məhsullarını münasib qiymətə əldə etməsinə şərait yaradacaq”, - deyə Faiq Hüseynov bildirib.














Bizim.Media

Seçilən
6
bizim.media

1Mənbələr