AZ

Yubiley matçında komandası uduzdu

style='margin-bottom:10px;'>

İspaniya La Liqasının 28-ci turu çərçivəsində "Valensiya" səfərdə "Ovyedo" ilə qarşılaşıb. 

QOL.az xəbər verir ki, qonaqların kapitanı Xose Luis Qayya bu matçda bütün turnirlər daxil olmaqla "Valensiya" forması ilə 400-cü rəsmi oyununa çıxıb. Qayyanın komandası rəqibinə minimal hesabla (0:1) məğlub olub. 

Klubun yetirməsi olan və 2012-ci ildən əsas komandada çıxış edən Qayya bu göstərici ilə "Valensiya" tarixində ən çox oyun keçirən 7-ci futbolçu olub. Siyahıda ondan bir pillə öndə 416 oyunla əfsanəvi qapıçı Santyaqo Kanisares qərarlaşıb. Klubun mütləq rekordçusu isə 553 matçla Fernando Qomes Kolomerdir.

Qeyd edək ki, bu məğlubiyyətdən sonra "Valensiya" turnir cədvəlində 32 xalla 13-cü pillədə qərarlaşıb.

Seçilən
33
1
teleqraf.com

2Mənbələr