Bakı, 15 mart, AZƏRTAC
Polşanın paytaxtı Varşavada keçirilən cüdo üzrə böyüklər arasında Avropa Açıq Turniri başa çatıb.
AZƏRTAC xəbər verir ki, son yarış günündə Azərbaycan millisinin daha 2 üzvü fəxri kürsüdə yer alıb. +100 kiloqram çəki dərəcəsində mübarizə aparan Camal Feyziyev gümüş medala layiq görülüb. Elmar Qasımov (100 kiloqram ) isə bürünc mükafata sahib çıxıb.
Xatırladaq ki, ötən gün Tofiq Məmmədov (66 kiloqram) üçüncü yeri tutub.