AZ

Futzal üzrə ölkə kubokunda yarımfinalçılar bəllidi

Futzal üzrə ölkə kubokunun 1/4 final mərhələsinin oyunları başa çatıb. Keçirilən qarşılaşmaların nəticələrinə əsasən, turnirin ən güclü dörd komandası adını yarımfinala yazdırıb.

"Football-plus.az" xəbər verir ki, mərhələnin ən maraqlı oyunlarından biri kubokun son sahibi PFL və U-19 komandası arasında baş tutub. Hesabda geri düşməsinə baxmayaraq, xarakter nümayiş etdirən PFL sona yaxın vurduğu qolla 4:3 hesablı qələbə qazanıb.

Yüksək liqanın lideri “Neftçi” İK və ölkənin ən köklü futzal klublarından olan “Araz-Naxçıvan” isə rəqiblərinə şans verməyib. Hər iki komanda eyni hesabla (12:3) qalib gələrək qələbəyə sevinib. Digər qarşılaşmada isə “Baku Fire-2” səfərdə “Lənkəran”ı darmadağın edərək yarımfinalçıların sırasına qoşulub.

1/4 final mərhələsinin nəticələri:
Lənkəran - Baku Fire-2 2:8
U-19 - PFL 3:4
Xan-Lənkəran - Araz-Naxçıvan 3:12
STAR kargo – Neftçi 3:12

Beləliklə, aprel ayında keçiriləcək yarımfinal mərhələsinin maraqlı tərəfi ötən mövsümün finalçılarının bu dəfə daha erkən üz-üzə gəlməsidi:

PFL - Araz-Naxçıvan
Baku Fire-2 - Neftçi İK

Seçilən
72
2
football-plus.az

3Mənbələr