ain.az, Mia.az portalına istinadən məlumat verir.
ABŞ və İsrail hava qüvvələri Tehranın qərbindəki Tərəşt rayonunda İranın Kosmik Tədqiqatlar İnstitutuna birgə hava hücumu həyata keçiriblər.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) "qəlbi" sayılan Kosmik Tədqiqatlar İnstitutu bu zərbələrdən sonra böyük dağıntılara məruz qalıb.
Məlumata görə, bu obyekt İranın ballistik raket proqramı və hərbi peyk tədqiqatları üçün şox mühim mərkəz sayılır.
Hərbi mənbələr bildirib ki, hücumdan sonra əraziyə giriş qadağan olunub və zərbələrdən sonra yaranan yanğın çətinlklə söndürülüb.
İran hakimiyyəti hücumun miqyası və ya itkilərlə bağlı rəsmi açıqlama verməyib.
Tahir Şəlvəli
MİA.AZ



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.