İsrail Hərbi Hava Qüvvələri (HHQ) gün ərzində İranın qərbində və mərkəzi hissəsində 200-dən çox müxtəlif obyektə hücum edib.
"Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Açıqlamaya görə, əsas hədəflər raket qurğuları və hava hücumundan müdafiə sistemləri olub.
Bildirilib ki, komandanlıq mərkəzləri, silah anbarları və istehsal müəssisələri də zərbələrə məruz qalıb.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Nəticədə ölkənin ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli rəsmilər öldürülüb. Bundan sonra İran təkcə İsraildə deyil, həm də ABŞ və onun müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi ölkələrdə - Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdəki hədəflərə zərbələr endirməyə başlayıb.