Zrenyanin, 16 mart, AZƏRTAC
Rəqiblərimin hər biri təcrübəli idi.
AZƏRTAC xəbər verir ki, bu sözləri Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Elmin Əliyev deyib.
82 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı xoşbəxt olduğunu bildirib: “Turnirə ciddi hazırlaşmışdım. Əziyyətimin bəhrəsini gördüm. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm”.
O, növbəti hədəfləri barədə də danışıb: “Qarşıda gənclər arasında Avropa çempionatı var. Daha sonra dünya çempionatları var. Hər birində iştirak etməyə çalışacağam. Məşqçilərim məsləhət görsələr, böyüklərin yarışında da çıxış edəcəyəm”.