AZ

Avropa Parlamentində biabırçılıq - xəritədə İranı göstərə bilmədilər…



Hətta İran əvəzinə Bolqarıstanı göstərənlər də oldu…

ABŞ və İsrailin İrana hücumlarından sonra Yaxın Şərqdə gərginlik artdıqca, İranın Hörmüz boğazını bağlaması qlobal enerji bazarlarında narahatlıq yaradıb. Bölgədə gərginlik və qlobal neft böhranı davam edərkən, İran müharibəsi ilə bağlı tez-tez bəyanatlar verən Avropa Parlamentində aparılan bir reportaj böyük sensasiya yaradıb.

Belə ki, Avropa Parlamenti üzvlərinin xəritə ilə bağlı problemləri sosial mediada geniş mövzusuna çevrilib.

Jurnalistin "İran haradadır?" sualına cavab olaraq, Avropa Parlamenti üzvləri xəritədə İranın yerini göstərə bilməyiblər.

Jurnalistin əlindəki xəritədə İranı tapmağa çalışan, Fransanın Avropa işləri üzrə baş naziri Benjamin Haddad İran əvəzinə yalnız Hörmüz boğazını göstərə bilib, Avropa Parlamentinin üzvü Emma Rafoviç isə İran əvəzinə Bolqarıstanı göstərib. Rafoviçin çaşqınlıqla "Google-dan soruşmalıyam" deməsi diqqət çəkib. Xəritədə İran tapmağa çalışan bir digər Avroparlament üzvü Maria Tussen isə Əfqanıstanı göstərib.

Parlament üzvlərinin videosu sosial mediada qısa bir zamanda yayılıb və deputatlar sərt tənqidlərlə üzləşiblər. Bir istifadəçi "Coğrafi cəhətdən dəqiq yeri bilmədən siyasi qiymətləndirmələr necə aparıla bilər?" deyib, digəri isə "Xəritədə yerini belə bilmədikləri bir bölgə haqqında necə qərar verə bilərlər?" sualını verib.

Tahir TAĞIYEV

Seçilən
19
baki-xeber.com

1Mənbələr