AZ

Türkiyədə insanları namazdan çəkinməyə çağıran yazıçı həbs edilib

ain.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

Gökçe Ramazan ayını tənqid edən, orucun "mənasızlığını" bəyan edən video paylaşıb

Türkiyənin Burdur əyalətinin sakini Qamze Gökçe vətəndaşların dini hisslərini təhqir etmək ittihamı ilə həbs olunub. AYNA.AZ “Ahaber”ə istinadən bildirir ki, özünü sosial mediada "yazıçı" kimi təqdim edən G.Gökçe müsəlmanların müqəddəs Ramazan ayını tənqid edən, insanları namazdan çəkinməyə çağıran və orucun "mənasızlığını" bəyan edən bir video paylaşıb.

Gökçe Qurban bayramında heyvanların qurban kəsilməsinin "heyvanların öldürülməsinin lazımsız bir ritual" olduğunu iddia edərək sosial media istifadəçilərinin tənqidinə səbəb olub.

O həmçinin ona qarşı qəzəb ifadə edən şərhlər yazanları da təhqir edib.

Gökçenin həbsi qərarı 15 mart - Beynəlxalq İslamofobiya ilə Mübarizə Günündə verilib.

Türkiyənin ədliyyə naziri Akın Gürlek bazar günü müvafiq açıqlama verib. Nazir cəmiyyətdə, o cümlədən dini zəmində nifaq salmaq cəhdlərinin qəbuledilməz olduğunu vurğulayıb və İslamofobiyanın təzahürlərini pisləyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
ayna.az

1Mənbələr