AZ

Rusiyada təmizlik üstündə QAN TÖKÜLDÜ: Miqrant otaq yoldaşını 9-cu mərtəbədən ATDI – FOTO

Sankt-Peterburqda miqrant otaq yoldaşını çirkli geyimlərinə görə öldürüb 9-cu mərtəbədən atıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Sankt-Peterburq şəhərində birlikdə mənzil kirayələyən miqrantlar arasında baş verən münaqişə dəhşətli qətllə nəticələnib.

Məlumata görə, otaq yoldaşları arasında təmizlik üstündə tez-tez mübahisələr yaranırmış.

31 yaşlı özbəkistanlı miqrant otaq yoldaşının çirkli alt paltarlarını və corablarını öz çarpayısında gördükdə isə əsəblərinə hakim ola bilməyib.

O, qəzəblənərək yoldaşının sinəsinə bıçaq zərbəsi endirib. Daha sonra isə amansız şəxs yarıcan halda olan zərərçəkəni 9-cu mərtəbənin eyvanından aşağı atıb.

Əlavə olaraq bildirilir ki, hadisədən qısa müddət sonra hüquq-mühafizə orqanlarının əməkdaşları cinayəti törədən şəxsi saxlayıblar.

Hazırda ağır cinayət faktı ilə bağlı müvafiq araşdırmalar davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
29
interpress.az

1Mənbələr