Tusk Polşanın Avropa İttifaqından çıxa biləcəyini bildirib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
Polşanın baş naziri xəbərdarlıq edib ki, ölkənin Avropa İttifaqından (Aİ) çıxması artıq mücərrəd bir ssenari deyil.
“Bu gün bu, real təhlükədir. Rusiya, Amerikanın MAGA partiyası və Orbanın başçılıq etdiyi Avropa sağçıları Aİ-ni məhv etmək istəyirlər. Bu, Polşa üçün fəlakət olacaq. Onları dayandırmaq üçün əlimdən gələni edəcəyəm”, – o bildirib.
Tuskun sözlərinə görə, ölkə daxilindəki sağçı qüvvələr, o cümlədən “Konfederasiya” və “PiS” partiyasının bir hissəsi əslində Polşanı Brüssellə əlaqələri kəsməyə sürükləyir.
Əlavə olaraq qeyd edək ki, prezident Karol Navrotskinin Avropa İttifaqından 43,7 milyard avro (təxminən 87 milyard 400 milyon manat) məbləğində müdafiə kreditlərinin alınmasını bloklayan vetosu vəziyyəti daha da gərginləşdirib.
Xuraman Etibarlı
İnterpress.az