AZ

Azərbaycanlı güləşçi Avropa çempionu oldu

Serbiyanın Zrenyanin şəhərində keçirilən U23 Avropa çempionatı yekunlaşıb. 

Sportal.az xəbər verir ki, yarışın sonuncu günündə yunan-Roma güləşi üzrə 60, 67, 72, 82 və 97 kq-da medalçılar bəlli olub. 

Ayxan Cavadov (60 kq) bürünc medal uğrunda görüşdə Yevgeni Pokovbaya 1:3 uduzaraq 5-ci pilləni tutub. 

Fərid Xəlilov (67 kq) isə Petro Jitovoza qalib gələrək, turniri üçüncü yerdə başa vurub. 

Elmin Əliyev (82 kq) isə finalda Gürcüstan təmsilçisi Tornike Mikeladzeylə qarşılaşıb. Əliyev 3:2 hesablı qələbə ilə U23 Avropa çempionluğunu qazanıb. 

Yunan-Roma güləşi üzrə millimiz çempionatı 1 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub. Yığmamız 100 xalla komanda hesabında 4-cü yeri tutub. 

saytlarin hazirlanmasi

Seçilən
18
sportal.az

1Mənbələr