Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Prezident İlham Əliyev də qeyd edib ki, Azərbaycan OPEC+ formatının üzvü kimi tarazlı və proqnozlaşdırıla bilən neft qiymətlərinin tərəfdarıdır.
İqtisadçı Xalid Kərimlinin Baku TV-yə bildirdiyinə görə, yüksək enerji qiymətləri bu məhsulları idxal edən ölkələrdə istehsal olunan malların maya dəyərini artıraraq ümumi bahalaşmaya səbəb olur. Neft ixrac edən ölkələr də bu malları idxal etdikləri üçün qiymət artımı onlara da təsir edir.
Neftin bahalaşması ixracatçı ölkələrə nə vəd edir? - Ekspertlərdən AÇIQLAMA - VİDEO
Ekspertin sözlərinə görə, enerji qiymətlərinin yüksəlməsi idxalçı ölkələrdə istehsal olunan məhsul və xidmətlərin qiymətinə əlavə olunur və nəticədə bu bahalaşma qlobal iqtisadiyyata yayılır. Bu baxımdan enerji qiymətlərinin kəskin dəyişməsi sonradan ölkəmizə idxal olunan sənaye məhsullarının və gündəlik istehlak mallarının bahalaşmasına səbəb ola bilər. Yəni əhali bir müddətdən sonra bu artımın mənfi təsirini hiss edir.
Məsələyə Azərbaycan prizmasından yanaşdıqda məlum olur ki, neftin qiymətinin ən yüksək həddə çatdığı 2008-ci ildə ölkədə rəsmi statistikaya görə 20.8 faiz inflyasiya qeydə alınıb. Bu, 1995-ci ildən bəri ən yüksək göstərici hesab olunur.
İqtisadçı Rəşad Həsənov isə həmkarının fikri ilə razılaşaraq bildirir ki, "qara qızıl"ın kəskin bahalaşması neft ixrac edən ölkələrin də xərclərini artırır.
"Çünki gec də olsa, hökumətlər sosial təzyiqləri azaltmaq üçün müxtəlif sosial müdafiə mexanizmləri çərçivəsində xərcləri artırmağa məcbur olurlar.
Bu isə bir tərəfdən əlavə neft gəlirlərinin yaranması, digər tərəfdən isə həmin vəsaitlərin sosial xərclərə yönəldilməsi deməkdir".
Ekspert əlavə edir ki, proses uzun müddət davam edərsə, qlobal miqyasda qiymətlərin artması, alıcılıq qabiliyyətinin azalması və iqtisadiyyatların staqnasiya və ya resessiya mərhələsinə daxil olması ehtimalı artır.
Onun sözlərinə görə, nəticədə neftə tələbat azalır və bu da qiymətlərin ucuzlaşmasına səbəb olur. Bu baxımdan neftin bir barelinin qiymətinin 70-80 dollar aralığında dəyişməsi həm idxalçı, həm də ixracatçı ölkələr üçün daha əlverişli hesab edilir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.