AZ

"Bloomberg": ABŞ "F-35" qırıcılarının proqram təminatını yeniləyə bilmir

ABŞ hərbçilərinin "F-35" qırıcılarının proqram təminatı üçün yeniləmə hazırlamaq cəhdləri modernləşdirmə zərurətinə baxmayaraq, İrandakı münaqişə səbəbindən "tormozlanıb".

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi Pentaqonun hesabatına istinadən məlumat yayıb.

Nəşr vurğulayıb ki, "TR-3" adlı son yeniləmə stabilliklə bağlı problemlər və qüsurların sistematik şəkildə aşkar edilməsi səbəbindən böyük ölçüdə işlək olmayıb, bunu sınaqların nəticələri təsdiqləyib.

"F-35" proqramı proqram təminatının yaradılması və yoxlanılması üzrə işlərin icra müddətlərinə və qrafiklərinə əməl olunması sahəsində əvvəlki kimi heç bir irəliləyiş nümayiş etdirmir, öz çevik hazırlanma platformasından gözləntiləri doğrultmur, çünki aşkar edilmiş qüsurların aradan qaldırılması və yeni funksional imkanların tətbiqi prosesi bloklanıb", - hesabatda qeyd olunub.

Bildirilib ki, "TR-3" yeniləməsi "F-35"in hazırkı göstəricilərinə nisbətdə hesablama gücünün 37 dəfə və yaddaş həcminin 20 dəfə artırılmasını təmin etmək üçün nəzərdə tutulub. Birləşmiş Ştatlar Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadaları Korpusu üçün modernləşdirilmiş proqram təminatına malik 2,4 min təyyarə almaq niyyətindədir.

Seçilən
21
1
far.az

2Mənbələr