“İnter”in mərkəz müdafiəçisi Alessandro Bastoni karyerasını “Barselona”da davam etdirə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı italiyalı futbolçu maliyyə şərtləri uyğun olarsa,
Kataloniya klubuna keçməyə hazırdır. “Barselona”nın idman direktoru Deku və baş məşqçi Hans-Diter Flik müdafiəni gücləndirmək üçün Bastonini əsas variant hesab edirlər.
Müqavilənin dəyəri 80 milyonla 100 milyon avro arasında dəyişə bilər.
Bastoni bu mövsüm bütün yarışlarda 35 oyunda meydana çıxıb, 2 qol vurub və 6 məhsuldar ötürmə edib.