AZ

Viktor Fontdan məğlubiyyət açıqlaması: “Biz məyusuq”

“Barselona” futbol klubunda keçirilən prezident seçkilərində məğlub olan Viktor Font səsvermənin nəticələri ilə bağlı fikirlərini bölüşüb. Xəbər verdiyimiz kimi, Joan Laporta yenidən Kataloniya klubunun prezidenti seçilib.

İdman.Biz “Sport.es” nəşrinə istinadla xəbər verir ki, Viktor Font məğlubiyyəti qəbul etdiklərini bildirib:

“Biz məyusuq. Klubu transformasiya edəcəyimizə və azarkeşlərə daha da yaxınlaşdıracağımıza ümid edirdik. Bu, təəssüf doğurur, lakin nəticəni olduğu kimi qəbul edirik. Yeni seçilmiş prezident Joan Laportanı və onun bütün rəhbər heyətini təbrik edirik. Biz fərqli bir “Barsa” yaratmışdıq. Bu mübarizəni davam etdirəcəyik, çünki bu, nəcib bir işdir, millətin rifahı naminə atılan addımdır. “Barsa”nın həyatımın və xəyallarımın klubu olması üçün çalışmağa, mübarizə aparmağa və səy göstərməyə davam edəcəyəm”.

Qeyd edək ki, Laporta 2003-2010 və 2021-2026-cı illərdə “göy-qırmızılar”a rəhbərlik edib. Yeni seçilən prezident iyulun 1-dən vəzifəsinin icrasına başlayacaq və 2031-ci ilə qədər klubu idarə edəcək.

İdman.Biz
Seçilən
73
1
idman.biz

2Mənbələr